Əziz Seyidov and içərək vəzifəsinə başladı

28 Aprel 2017 21:43 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, plenumda Ali Məhkəmənin yeni seçilmiş hakimi Əziz Seyidov Plenum sədri və üzvləri qarşısında and içərək vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Ə.Seyidov 2007-2017-ci illərdə Baki şəhər prokuroru vəzifəsində çalışıb. Ə.Seyidov aprelin 25-də Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsinə seçilib.