“Əl-Qaidə”nin liderindən biri məhv edildi

28 Aprel 2017 22:33 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ hərbçiləri Əbdül Əhməd əl-Əlakini zərərsizləşdirib. O, aprelin 23-də Yəməndə həyata keçirilən aviazərbə nəticəsində məhv edilib.