Opera və Balet Teatrında “Trubadur”

6 Fevral 2013 14:20 (UTC+04:00)

Teatrının rəhbərliyi tamaşada iştirak etmək üçün tanınmış vokal sənəti ulduzlarını Bakıya dəvət edib.

Tamaşada əsas partiyalardan birini – Leonora partiyasını ifa etmək üçün Belorusun əməkdar artisti Anastasiya Moskvina, Manriko partiyasını isə Rusiyanın əməkdar artisti Avqust Amonov ifa edəcək. Tamaşanın baş dirijoru Konstantin Çudovskindir.
Fevralın 23-də baş tutacaq tamaşada həmçinin Azərbaycanın istedadlı vokal ustaları Əvəz Abdullayev, Səbinə Vahabzadə də oynayacaq.

Bahar Rüstəmli
AzNews.az