Samux Telekommunikasiya İdarəsinin əməkdaşı dirəkdən yıxılıb

29 Aprel 2017 13:50 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Qarayeri kənd sakini, 1984-cü il təvəllüdlü Ramiz Məmmədov iş başında olarkən telefon xətti dirəyindən yıxılıb.

Xəsarət alan R. Məmmədov Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.