ABŞ Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb

29 Aprel 2017 19:25 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.

“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək məqsədi ilə Suriyanın şimalındakı rayonları patrul etməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.

AzNews.az