ABŞ-da təyyarə qəzası - Ölənlər var

29 Aprel 2017 20:03 (UTC+04:00)

AzNews.az "TASS" agentliyinə istinadən xəbər verir ki, Amarillo şəhərində yüngül mühərrikli təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində ekipaj üzvlərindən 3 nəfər həlak olub.

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil. Yerli polisin ilkin məlumatına görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, küləyin sürəti saniyədə 24 metrə çatıb.