300 manata görə həbsxanalıq oldu

29 Aprel 2017 23:49 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Qızıldaş qəsəbəsində yaşayan Vasif Quliyev 38-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, aprelin 25-də 300 manat pulu oğurlanıb.

38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Eldəniz Abbasov tutulub.

AzNews.az