Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü

30 Aprel 2017 12:42 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Məmmədov Zabil Malik oğlu yolu keçərkən naməlum avtomobillə vurulub. Zərbənin təsirindən Z.Məmmədov həyatını itirib, sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Aprelin 29-da Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər ölüb. Şənbə günü ölkə yollarında 6 avtomobil qəzası baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən qəzalar Bakıda və Bərdədə baş verib. Hər iki hadisədə avtomobil piyadanı vuraraq öldürüb.