Bakıda bədii gimnastika üzrə dünya kubokunun finalıdır

30 Aprel 2017 13:45 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılacaq.

Aprelin 28-də startı verilən mötəbər turnirə 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.