"Qəbələ"nin sabiq futbolçusu rəqibini ölümdən xilas etdi, mükafatlandırıldı

30 Aprel 2017 14:25 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi I Divizionda Moskva "Dinamo"su ilə XXXIV tur matçından əvvəl təltif olunub.

O, XXVII tur matçında rəqib futbolçu ilə toqquşma nəticəsində zərər çəkən "Mordoviya"nın futbolçusu Aleksandr Alxazova köməklik göstərib. Qay huşunu itirən və dili qatlanan Alxazovun boğulmasına imkan verməyib. Bununla da, təcrübəli futbolçu həmkarının həyatını xilas edib.

Ukraynalı orta sahə oyunçusuna meydanda baş vermiş fövqəladə vəziyyətdə savadlı və bacarıqlı davrandığı üçün təşəkür edilib, tribunalar isə onu alqışlayıb.

Qeyd edək ki, Aleksey Qay "Qəbələ"də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək forma geyinib.