Tramp Kim Çen Inı təriflədi: “Çevik oğlandı”

30 Aprel 2017 20:05 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə CBS kanalına müsahibəsində bildirib:

"O, çox gənc yaşda hakimiyyəti əlinə ala bilib. Mən əminəm ki, bir çoxları onun əlindən bu hakimiyyəti almağa çalışıblar. Onlar arasında Kimin dayısı da olub. Bu da onun kifayət qədər çevik oğlan olduğunu göstərir" - , deyə Tramp bildirib.