Abşeronda qadın sürücü qəza törətdi, 4 nəfər yaralandı

30 Aprel 2017 21:09 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, "99-BH-303" dövlət qeydiyyat-nişanlı "Toyota Corolla" markalı avtomobil Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə dirək aşmasa da, onun üzərindən gedən naqillər qırılıb və qəsəbəyə verilən elektrik enerjisi kəsilib. Hazırda qəsəbənin bir hissəsi işıqsız qalıb. Problemin aradan qaldırılması istiqamətində iş gedir.

Sakinlərin sözlərinə görə, avtomobili qadın idarə edib və özündən savayı maşında onun 3 rəfiqəsi də olub. Nəticədə onların hamısı xəsarət alıb.