14 yaşlı yeniyetmə özünü asdı

1 May 2017 10:00 (UTC+04:00)

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Stalçay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətində tövlədən asıb.

Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da məktəblinin həyatını xilas eləmək mümkün olmayıb.

O aprelin 30-u gecə saatlarında xəstəxanada ölüb.

Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib və hadisə ilə bağlı cinayət işinin açıldığını bildirilib.

AzNews.az