Silahlı Qüvvələrdə iməclik təşkil olunacaq

1 May 2017 10:54 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ərazidə ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməclik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kollarının əkilməsi və yaşıllıq zolaqları salınması nəzərdə tutulur.