Təyyarə hava boşluğuna düşdü- 20 nəfər yaralandı

1 May 2017 11:35 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvadan Tailandın paytaxtı Banqkoka səfər edən “Aeroflot” şirkətinə məxsus SU 270 təyyarəsi təyyarə hava boşluğuna düşüb və bu zaman təyyarədə güclü titrəyiş baş verib.Titrəyiş nəticəsində 20 nəfər sərnişin sınıq və əzik xəsarətləri alıb. Rusiyanın Tailanddakı səfirliyinin məlumatında qeyde olunur ki, xəsarət alanlardan bir neçəsi əməliyyat keçirməli olub. Hadisənin ağır fəsadlarla nəticələnməsinə səbəb kimi isə, xəsarət alanların təhlükəsizlik kəmərlərindən istifadə etməməsi göstərilir.

Bəxtiyar Abbasov

AzNews.az