AppLab proqramında iştirak etmək üçün keçirilən müsabiqənin qalibləri seçilib - Fotolar

1 May 2017 11:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu dəfə müsabiqəyə sahənin ən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.

28 aprel 2017-ci il tarixində AppLab Mərkəzində Bakcell şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.

“Bakcell şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalaraxtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”,deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Qeyd etmək lazımdır ki, Bakcell şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusiləproqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isəqruplara öz ideyalarının inkişaf etdirilməsi üzərindədiqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.

2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan20 layihəİT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixindədinlənilərək qiymətləndirilib. Həmin 20layihədən proqramda iştirak etmək üçünmümkün 25 xaldan 20 və daha çox xal qazanan7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilənideyanın nə dərəcədə innovativ olması, real yanaşma,biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi.Layihələrin qısa təsviri aşağıda təqdim edilib:

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.