Bu yumruğa görə 3 oyunluq cəza aldı - Video

1 May 2017 19:22 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Libertadores Kubokunun qrup mərhələsində “Penyarol”la keçirilən oyunun sonlarında yaranan qalmaqalda rəqibinə yumruq vuran 33 yaşlı yarımmüdafiəçiyə 3 oyunluq cəza verilib.

Melo ilə yanaşı, davada iştirak edən “Penyarol”un futbolçuları – Nahitan Nandez, Matyas Miyer və Lukas Hernandezə də 3 oyunluq cəza verilib.

Qeyd edək ki, Brazilya mətbuatında "Qalatasaray"ın sabiq futbolçusunun cəzası birmənalı qarşılanmayıb və cəzanın yüngül olduğu hesab edilib.