Abşeronda qəribə oğurluq - pul tapa bilməyib, əşyaları sulayıblar (Video)

1 May 2017 20:52 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Elçin Baxşəliyevə məxsus mənzilə gecə saatlarında arxa pəncərədən daxil olan oğrular burada istədikləri məbləğdə vəsaiti tapa bilməyiblər. Cinayətkarlar hər şeyi dağıdıb, sonra da əşyalara su vurub gediblər.

Oğrular sadəcə tapa bildikləri müəyyən məbləğdə vəsaiti özləri ilə götürüblər.

Ağdaş rayonunda isə oğurluq hadisəsinin üstü açılıb.

Ağdaş şəhər sakini Elşən Abbasova məxsus ayaqqabı mağazasına naməlum şəxslər gizli şəkildə daxil olaraq oradan 104 cüt ayaqqabı və bir ədəd kompyuter oğurlayıblar. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq hadisəsini törədən şəxslər-Qarağan-Sədi kənd sakini, 42 yaşlı Zaur Musayev və Qəbələnin Zarağan kənd sakini, 42 yaşlı Eldar Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Fakta bağlı Ağdaş rayon polis şöbəsində araşdırma aparılır.