FTB-nin əməkdaşı İŞİD üzvünə ərə getdi

2 May 2017 09:48 (UTC+04:00)

AzNews.az “CNN” telekanalına istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşı Daniela Qrin 2014-cü ildə Suiryaya tərcüməçi qismində göndərilib. Burada Kuspertlə tanış olan Daniela ABŞ xüsusi xidmət orqanlarının onun barəsində axtarış elan edilməsi barədə xəbərdarlıq edib. Toydan bir neçə gün sonra öz səhvini başa düşən Daniela evinə geri qayıdıb.

Qadın təhqiqtaçılarla əməkdaşlığa söz verib və özünü yalan ifadə verməkdə günahkar bilib. Beləliklə də Daniela Qrin barəsində 2 il müddətinə həbs qəti imkan tədbiri seçilib.

İŞİD-in fəal üzvlərindən olan Denis Kuspert almaniyalı reper olub. İŞİD-ə qoşulduqdan sonra Denis terror təşviqatı ilə məşğul olaraq, əlində kəsilmiş insan başlarını tutaraq video görüntülərdə çəkilib.

Hazırda Amerika ictimayyəti Daniela Qrin barəsində çıxarılan hökmün çox yumşaq olmasından narahatdır.