“ABŞ-ın hərbi təlimləri nüvə müharibəsinin başlanğıcıdır”- Şimali Koreya

2 May 2017 11:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rəsmi Pxenyan bu təlimləri təxribat adlandırıb:

Bu düşüncəsiz addım nəticəsində Koreya yarımadasındakı gərgin vəziyət nüvə müharibəsinə səbəb olacaq.

Koreya yarımadasındakı vəziyyət beynəlxalq aləmdə ən gərgin məsələlərdən biridir. Rəsmi Vaşinqton Şimali Koreyanın daha bir nüvə silahını sınaqdan keçirəcəyi təqdirdə cavab atəşi açacağını bəyan edib. Rəsmi Pxenyan da buna cavab olaraq müdafiə atəşi açacağını bildirib.