Bakıda qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb - Video

2 May 2017 11:44 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirlib. S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, o parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.

Xəstəxanın həkim-cərrahı Bəhram Zeynalov "Report"a açıqlamısnda bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

AzNews.az