Metroda ajiotaj: sərnişin huşunu itirdi, qatarın hərəkəti dayandı

6 Fevral 2013 18:17 (UTC+04:00)

Bu dəqiqələrdə Metronun "Ulduz" stansiyasında xoşagəlməz hadisə baş verib. Sərnişinlərin sıxlığından 25-27 yaşlarında olan bir xanım husunu itirib. Onu ayıltmaq mümkün olmayıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, sərnişinlər onun ölməyini düşünüb təşvişə düşüblər. İnsaları huşunu itirən sərniuşinin yanından kənarlaşdıra bilmədikləri üçün qatarın hərəkəti də 15-20 dəqiqədir ki, dayanıb.

Fuad
AzNews.az