ABŞ ordusu müdafiə sistemini işə saldı- Şimali Koreyaya qarşı

2 May 2017 14:50 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl sisteminin 2017-ci ilin sonlarında işə salınacağı bildirilirdi. Lakin son günlərdə Şimali Koreya ilə Cənubi Koreya aarasında artan gərginlik prosesin tezləşməsinə səbəb olub.

Amerika hərbi qüvvələrinin Cənubi Koreyadakı mətbuat katibi bildirib ki, sistem tam işlək vəziyyətdə olmasa da Şimali Koreyadan gələ biləcək istənilən təhlükənin qarşısını almağa qadirdir.

Bununla belə, rəsmilər raketdən müdafiə sisteminin bir neçə ay sonra tam işlək vəziyyətə gətiriləcəyini qeyd ediblər.

Şimali Koreya hökuməti Cənubi Koreyaya hərbi müdaxilə edəcəyi barədə dəfələrlə hədələyici ifadələr işlədib.

Ötən gün Amerika Birləşmiş Ştatlarına məxsus 2 qırıcı təyyarə Cənubi Koreyanın hərbi hava qüvvələri ilə birgə təlimlər keçirmişdi. Rəsmi Pxenyan Amerika hərbi qüvvələrinin Koreya yarımadası ətrafında varlığını özü üçün ciddi təhlükə hesab edir. Hərbi təlimlərə qəzəblə reaksiya bildirən Pxenyan Amerikanın nüvə müharibəsinə səbəb ola biləcəyini deyib.

Bəxtiyar Abbasov

AzNews.az