Hərraca çıxarılan istiqrazların hamısı satıldı

2 May 2017 18:21 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hərraca 9 investor 17 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 255 600 manat olub.

Sifarişlər 83,4095 manat (20%) – 85,611 manat (16,9%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,622 manat (18,2727%), orta ölçülmüş qiyməti 84,8544 manat (17,9472%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 5 yanvar 2018-ci ildir.