SSRİ-nin son müdafiə naziri xəstəxanaya düşdü

2 May 2017 20:41 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, 92 yaşlı Yazov bərk ağrılara görə təcili tibbi yardım çağırıb. O, beyində qan dövranın kəskin pozuntusu diaqnozu ilə reanimasiyaya göndərilib.

Qeyd edək ki, Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də doğulub. SSRİ-nin marşalı hərbi rütbəsi verilmiş sonuncu sovet komandanıdır. 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub.