“Qarabağ” afrikalı hücumçu transfer edir?

2 May 2017 22:21 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı CAR-ın Soccerladuma.co.za saytı yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 2016-cı ilin yayından “Gənclərbirliyi”ndə oynayan 26 yaşlı forvard ümumilikdə 20 oyuna 4 qol vurub. Əvvəllər “Malmö” və “Botnmut”da da çıxış etmiş futbolçu 2012-ci ildən CAR millisinə dəvət alır.

Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovu da cənubi afrikalıdır.