"Ovçular evi" nin yerində ağac əkilir - Foto

2 May 2017 23:06 (UTC+04:00)

AzNews.az İstiPress-ə istinadən xəbər verir ki, artıq ərazidə bir neçə şam ağacı torpağa basdırılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Yasamal rayon İcra Hakimiyyəti "Ovçular evi" nin yerində Mədəniyyət və İstirahət Parkının salınacağını bildirmişdi.

"Ovçular evi " nin ovuna aprel ayının 13-də çıxılmışdı. Araşdırmalar nəticəsində məlum oldu ki, ərazidə çoxmənzilli yaşayış evinin tikintisi planlaşdırılır . Sökülən ərazidə "Böyük Plaza" yaşayış və ticarət mərkəzini inşa etmək niyyətində olan isə "A-3 Sənaye Tikinti Korporasiyası" MMC olub.

Daha sonra yol verdiyi özbaşınalıqlara görə MMC sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qəti imkan tədbiri seçildi. "Ovçular evi"nin yerində isə park salınması qərara alındı.