“iPhone”ların satışı azalıb – “Apple” gəlir itirir

3 May 2017 11:01 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəhbərliyi bu ilin birinci rübündə smartfon satışının 50.8 milyon ədəd təşkil etdiyini bildirib. Bu, ötən il ilə müqayisədə 1% aşağı göstəricidir. “Apple” şirkətinin rəhbəri Tim Kuk qeyd edib ki, satışların azalmasına səbəb müştərilərin yeni “iPhone” modeli istehsalını gözləmələridir. Satışların azalması, eyni zamanda, şirkətin səhmlərinin də düşməsinə səbəb olub. Belə ki, rəsmilər səhmlərin 2 faiz ucuzlaşdığını bildiriblər.

Şirkət rəhbərliyi bu il gəlirlərin 52.9 milyard dollara çatdığını açıqlayıblar. Ekspertlərin daha yüksək gəlir əldə olunacağı barədə proqnozları özünü doğrultmayıb.

“iPhone” satışının azalmasına baxmayaraq “Apple Watch” saatları, həmçinin,"AirPod" və "Beat" qulaqcıqlarının satışı artıb.

Bəxtiyar Abbasov

AzNews.az