Sürücüyə hücum edən qadın həbs oluna bilər - Ekspert

3 May 2017 12:18 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, Yol Hərəkət Haqqında qanun sərnişinə belə hərəkətləri qadağan edir:

Sərnişin Yol Hərəkəti Haqqında qanunları pozduğu halda ona 30 manat cərimə nəzərdə tutulub. Yox, əgər söhbət bu qanunun tələblərindən kənara çıxıbsa, sürücü iş başında təhqir olunub, döyülübsə, bu artıq şəxsiyyət əlehinə olan cinayət və xuliqanlıq hesab oluna bilər. Döyülmə faktı varsa, döyülmə kimi qiymətləndirilməlidir.

Ərşad Hüseynov iş başında döyülmə faktına görə, İnzibati Xətalar Məcəlləsində böyük məbləğdə cərimənin nəzərdə tutuldğunu vuğulayıb:

Bununla bağlı sahibkar və bir də döyülən sürücü hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Məcəllədə 300-500 manat cərimə, hətta iki ay müddətinə kimi həbs nəzərdə tutulub.

61 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri sürücüdən avtobusu dayanacaqdan kənar saxlamasını tələb edib. Onun istəyinin yerinə yetirilmədiyini görən sərnişin sürücünü sərnişinlərin gözü qarşısında təhqir edərək döyüb.

Bahar RÜSTƏMLİ

AzNews.az