Yol Polisindən sürücülərə - Xəbərdarlıq

3 May 2017 12:36 (UTC+04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya açıqlamasında deyib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

V. Əsədov bildirib ki, mayın 5-dən IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələri bu zolaqlara daxil olsa, həmin nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

AzNews.az