Rektorun sökdürdüyü mozaika bərpa edildi - Fotolar

3 May 2017 16:13 (UTC+04:00)

Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib.

Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. Həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında bu işin Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi.

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov Bakı Slavyan Universitetinin fasadındakı yenilənmiş mozaikanın şəkillərini çəkib, fotoları təqdim edirik:

AzNews.az