Putinlə Ərdoğan görüşü 3 saat davam edib

3 May 2017 19:28 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, görüş 3 saat davam edib. Soçidəki “Boçarov ruçey” iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüş keçiriblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Konfrans zamanı prezidentlər ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsini müzakirə etdiklərini bildiriblər.