“Gənclik” stansiyasında polis gənci saxladı, insident yaşandı

3 May 2017 19:46 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, insidentə səbəb polis əməkdaşının gənc oğlanı xidməti otağa aparması olub. Bu zaman gəncin yanında olan anası polisə müqavimət göstərib, oğlunun buraxılmasını tələb edib.

Polis səs-küy salan həmin xanımı da otağa aparıb. Hadisə yerinə çox sayda insan toplaşıb, stansiyanın çıxışında sıxlıq yaranıb. Daha sonra polis insanları ərazidən uzaqlaşdırıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.