İranda 3 nəfər edam edildi

7 Fevral 2013 08:29 (UTC+04:00)
İranın İsfahan şəhərində fevralın 6-da 3 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar barədə İsfahan İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Onlardan ümumilikdə 250 kiloqram müxtəlif növ narkotik maddə götürülüb. Məhkəmə qərarı səhər saatlarında İsfahan həbsxanasında icra edilib.