Dəməşq ətrafında şiddətli döyüşlər gedir

7 Fevral 2013 08:31 (UTC+04:00)


Bu barədə BBC Suriya müxalifətinə istinadən məlumat verir.

Ən fəal döyüşlər şəhərin mərkəzindən şərqdəki Cobar mahalında baş verir. Məlumata əsasən, döyüşlər nəticəsində ən azı 5 dinc sakin və 13 üsyançı həlak olublar. Cobar mahalı şəhərin mərkəzinə doğru aparan əsas məntəqə sayılır. Hökumət qoşunları bu rayonu artilleriya və təyyarələrlə bombalayırlar.

Suriyada iki ildir davam edən qarşıdurmanın gedişində BMT-nin məlumatına görə 60 mindən çox insan həlak olub.