Qohumlarının evini talan edib, avtomobillərini yandıran şairə hökm oxundu

4 May 2017 10:44 (UTC+04:00)

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, 2014 və 2016-cı illərdəLaçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb.

İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ. Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb.

Laçın rayon məhkəməsinin qərarı ilə İ. Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarılıb.

İ. Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir.

AzNews.az