8 uşağın qatilinə hökm oxunmayacaq - FOTO

4 May 2017 12:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı ananın psixoloji vəziyyəti normal olmayıb.

2014-cü ilin dekabr ayında baş verən cinayət zamanı ana 4 oğlunu, 3 qızını və qardaşı qızını öldürmüşdü. Cinayətlə bağlı araşdırma aparan Kvinslend məhkəməsi hadisəni törədən Rayna Taydeyin şizofreniyadan əziyyət çəkdiyini müəyyən edib.

Həkimlərin sözlərinə görə, qadınla söhbət zamanı o bildirib ki, uşaqları öldürməklə bağlı əmri ona quşlar verib. Qadın iddia edib ki, o uşaqları öldürəcəyi təqdirdə onları şər qüvvələrdən xilas edəcəkmiş.

Həkimlər qadının bu sözlərini şizofreniyanın ən ağır halı kimi qiymətləndiriblər.

Taydey hazırda xəstəxanaya yerləşdirilib. Cinayətin baş verdiyi ev sökülərək onun yerində öldürülən uşaqların xatirəsinə park salınıb.

Bəxtiyar Abbasov

AzNews.az