Qadın özünü çaya ataraq intihar etdi - Salyanda + Foto

4 May 2017 17:37 (UTC+04:00)

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Alçalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 50 yaşlı Məhbubə Məhəmməd qızı Quliyeva ötən gün axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Kəndin ərazisindən keçən Akkuşa çayı sahilində isə qadının ayaqqabısının bir tayı tapılıb. Qadının çayda batma ehtimalı olduğundan əraziyə xilasedicilər cəlb olunub.

Hazırda qadının axtarışı davam etdirilir.

AzNews.az