26 yaşlı qadın küçənin ortasında döyüldü

7 Fevral 2013 09:17 (UTC+04:00)


Bakının Qaradağ rayonunda 26 yaşlı qadın möhkəm döyülüb. Rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1987-ci il təvəllüdlü Ülviyyə Məmmədova günorta saatlarında küçənin ortasında vəhşicəsinə döyülüb.

Onu xəstəxanaya yerləşdiriblər. Qadının sağ ayağı sınıb, qabırğaları, sinə nahiyəsi və üzündə əziklər qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az