AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Permyakov törətdiyi cinayətə görə Ermənistan məhkəməsi onu pmürlük azadlıqdan məhrum edib. O, cəzasını Rusiyada çəkməyə davam edəcək.
Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin yalnız bir üzvü sağ qalmışdı. 6 aylıq körpə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Cinayəti törədən Permyakov Türkiyə sərhədini keçmək istəyərkən, sərhədi qoruyan hərbçilər tərəfindən yaxalanmışdı.