Britaniya sakininin qulağında hörümçək yuva qurdu - Şok hadisə

4 May 2017 23:13 (UTC+04:00)

AzNews.az Daily Mail-ə istinadən xəbər verir ki, qadının sözlərinə görə, xəstəxana dəhlizində həkimi gözləyərkən dəhşətli ağrılar çəkib:

“Mən hiss edirdim ki, qulağımda nəsə burulur. Mən ağrıdan yerimdən hoppanırdım.”

Lakin, müayinə zamanı problemi ilk cəhddən aşkar etmək mümkün olmayıb. Tibb bacıları qadının qulağını 2 dəfə yoxlasalar da, heç nə tapmayıblar.

Yalnız, həkim qadının qulağında hörümçək aşkar edib. Həşəratı boğmaq üçün qulağa damcılar tökməyə başlayıb.

Qadının sözlərinə görə, o, yatmazdan öncə yastığında həşərat olub-olmadığını bir neçə dəfə yoxlayır.