Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla - Fotolar

5 May 2017 08:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.

Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.

Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbin şəraiti ilə tanış olub. Burada hazırda 160 uşaq təhsil alır. Bununla yanaşı uşaqlara ev şəraitində fərdi dərslər də verilir.

Uşaqlar hazırladıqları bədii proqram və rəqs nömrələrini təqdim edib və Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.