Bakıda həkimdən xəstəyə maraqlı resept: “Acından günorta dur” - Foto

5 May 2017 11:25 (UTC+04:00)

Metbuat.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin həkimi Əfsanə Bayramova pasiyentinə resepti bayatı şəklində yazıb:

Əzizinəm, səbr elə,
Ağrın keçər, səbr elə
Acından günorta dur
Pəhriz saxla, səbr elə.

Bu nüansı çoxları maraqla qarşılayıb və resept sosial şəbəkələrdə də böyük ajiotaj yaradıb.

AzNews.az