Yol polisi qəzaya düşdü

5 May 2017 12:22 (UTC+04:00)

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev küçəsində baş verib.

Belə ki, “VAZ-21099” markalı avtomobilin sürücüsü idarəetməni itirərək Tural Cəmil oğlu Kazımovun idarəetdiyi “ VAZ-2107” markalı avtomobilə çırpılıb. Nəticədə T,Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, T.Kazımov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşıdır. O, qəzanın baş verdiyi ərazidə piyadaların hərəkətini təmin etmək üzrə xidmət aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az