FHN: insan ölümünün sayı azalıb

7 Fevral 2013 09:59 (UTC+04:00)

Bunu Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminar-müşavirənin açılışında Xidmətin rəisi Elmar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə uçota alınmış 2 340 yanğın hadisəsi baş vermişdisə, 2012-ci ildə FHN və onun müvafiq qurumlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 2 131-ə enib. O qeyd edib ki, 2011-ci ildə yanğınlar zamanı 66 insan həlak olmuşdursa, ötən il onların sayı 56 nəfər olub.

AzNews.az