Həştərxanda Heydər Əliyevə həsr olunan tədbir - Foto

5 May 2017 17:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bütün dərslərdə şagird və müəllimlərlə yanaşı Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, diaspora nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın qurulmasında və inkişafında, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təzahürüdür.

Öz növbəsində şagirdlər açıq dərslərə yaradıcılıqla yanaşaraq yerli azərbaycanlılardan müsahibələr götürüblər və “Heydər Əliyevin xatirəsinə” adlı qəzet hazırlayıblar.