Göygöldə yeni doğulan körpə dünyasını dəyişib

6 May 2017 09:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Göygöl rayonu, Çaykənd kənd sakini, 1988-ci il təvəllüdlü Rüsalə Hacıxanovanın dünyaya gətirdiyi oğlan uşağı ölüb. Məlumata görə, bu, R.Hacıxanovanın ikinci doğuşu olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (APA)