“Müsəlman ölkələrində baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”- Şeyxülislam

6 May 2017 11:42 (UTC+04:00)

AzNews.az “report”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə deyib.

O bildirib ki, Avropa dövlətləri hadisələrin bu cür davam edəcəyini gözləmirdilər: “Avropaya miqrant axını nəticəsində o dövlətlərin özləri də əziyyət çəkir. İndi miqrantların qarşısına hasarlar çəkirlər, dünyada islamofobiya meyilləri artır. Nə qədər islamofboiya artırsa, islam dövlətlərinin Avropya olan münasibəti də dəyişir”.