Yoahim Lövə Çindən təklif gəldi

6 May 2017 13:47 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisə 50 milyon avro məbləğində 2 illik müqavilə təklif olunub.

Lövün Almaniya Futbol İttifaqı ilə hazırkı anlaşması 31 iyul 2020-ci ilədəkdir.

Onun rəhbərliyi altında Bundestim 2014-cü il dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş ilk görüşdə qonaqlar qalib gəlib - 4:1.

AzNews.az