Ən yaşlı Olimpiya çempionu vəfat edib

6 May 2017 15:27 (UTC+04:00)

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, ABŞ-da anadan olmuş ən yaşlı Olimpiya çempionu idi.

Sabiq idmançı 99 yaşının tamam olmasına 1 ay qalmış İllinoys ştatındakı evində keçinib.

Qeyd edək ki, Çikaqoda dünyaya gəlmiş A.Kifer Berlində keçirilən Oyunlarda 100 metr məsafəyə arxası üzrə üzməkdə qalib gəlib. O, finalda 1 dəqiqə 5,9 saniyəlik nəticə göstərərək olimpiya rekordçusu olub və bu rekord 20 il davam edib. A.Kifer qızıl medalı 18 yaşında qazanıb.

AzNews.az